SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBakının bu ərazilərində SU OLMAYACAQ - XƏBƏRDARLIQ!
28 Fevral 2023 07:51 | Baxış sayı: 453
Bu gün Binəqədi və Masazırda içməli suyun verilişində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-dən AJMEDİA.İNFO-ya verilən məlumata görə, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar gün ərzində Binəqədi rayonunun bir hissəsinə (Biləcəri qəsəbəsi Yeni yaşayış massivi və Məlikaslanov küçəsinin bir hissəsinə, Rəsulzadə qəsəbəsi A. Hüseynov küçəsi və dəmiryolu ətrafı ərazilərə), həmçinin kənd Masazır ərazisinə içməli su məhdudiyyətlə veriləcək.
Narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.