SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlBakının bağlanan məşhur bazarı açılır
30 İyul 2024 08:12 | Baxış sayı: 390
Ləğvetmə prosesində olan Montin Bazar ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq sentyabrın 14-nə təyin olunub.
Qeyd edilib ki, yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Çünki səhmdarlar ASC-nin ləğv olunmaması məsələsini müzakirə edəcəklər.
Məlumat üçün bildirək ki, bazarın sahibləri ötən il iyunun 29-da keçirilən yığıncaqda cəmiyyətin ləğv edilməsi, ləğvetmə komissiyasının yaradılması və bu komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi haqqında məsələləri müzakirə etmişdilər. İyulun 9-da isə ASC ləğv olunduğunu açıqlamışdı.
Amma cari il sentyabrın 14-nə təyin olunan yığıncaqda ötən il iyunun 29-da keçirilən yığıncaqda verilmiş qərarların və onun nəticələrinin ləğv edilməsi məsələsi müzakirə olunacaq.
Eləcə də cəmiyyətin müşahidə şurası, icra orqanı yenidən formalaşdırılacaq və təftiş müfəttişi seçiləcək.
Bundan əlavə, toplantıda ötən ilin illik maliyyə balansı təsdiq ediləcək.