20 Aprel 2025
“BakıKart”dakı vəsaitlər silinib? - RƏSMİ AÇIQLAMA

“BakıKart”dakı vəsaitlər silinib? - RƏSMİ AÇIQLAMA

“BakıKart”dakı vəsaitlər silinib? - RƏSMİ AÇIQLAMA

09 Yanvar 2025 18:00 | Baxış sayı: 303

“BakıKart”ın internet səhifəsi bərpa edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, artıq vətəndaşlar rahat şəkildə “BakıKart”dakı hesablarına daxil olmaqla şəxsi məlumatlarını və balanslarını görə, eyni zamanda müvafiq əməliyyatları asanlıqla icra edə bilərlər.

Qeyd edək ki, “BakıKart”dakı hesablar və oradakı vəsaitlər silinməyib. Vətəndaşlar internet səhifəsi üzərindən hesablarında olan vəsaiti BakıKart fiziki kartlarına köçürə, balanslarını artıra, ödəniş və digər əməliyyatlardan istifadə edə bilərlər (Trend).