SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlBakıda türkiyəli iş adamının MEYİTİ TAPILDI - FOTO
14 İyun 2024 08:04 | Baxış sayı: 504
Bakıda mənzildən meyit tapılıb.
AJMEDİA.İNFO xəbər verir ki, cəsədin Türkiyə vətəndaşı 1984-cü il təvəllüdlü Serkan Harun oğlu Sökmenə məxsus olduğu müəyyənləşib.
S.Sökmenin meyiti Xətai rayonu Ramiz Quliyev küçəsi 69 ünvanında yaşadığı mənzildə tapılıb.
Cəsəd üzərində hər hansı xəsarət müəyyən olunmayıb. İlkin ehtimala görə, Serkan Sökmen ürəktutmadan vəfat edib.
Bildirilir ki, ölən şəxs restoran biznesi ilə məşğul olub. Onun atası Harun Sökmen Türkiyənin Kırklareli şəhərində tanınmış iş adamlarından biridir.(Qafqazinfo)