SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlBakıda təcili tibbi yardım maşını aşdı - VİDEO
05 Dekabr 2024 16:20 | Baxış sayı: 282
Bakıda təcili tibbi yardım avtomobili aşıb.
AJMEDİA.İNFO xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı təcili tibbi yardım avtomobili digər nəqliyyat vasitəsilə toqquşandan sonra aşıb.
Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün 12:40 radələrində baş verib.
“Xəzər rayonunun Mərdəkan qəsəbəsində Xəzər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sanitar avtomobili qəzaya uğrayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır”, - məlumatda vurğulanıb.