SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlBakıda ŞOK - Kimsəsiz uşaqları bir yerə toplayıb... - VİDEO
25 Aprel 2023 14:38 | Baxış sayı: 515
Əhmədli qəsəbəsində kimsəsiz uşaqlar üçün keçirilən bayram tədbirində uşaqlar dini ayinlərə cəlb olunub.
BAKU.WS-in xəbərinə görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə yetkinlik yaşına çatmayan, valideyn himayəsindən məhrum olan uşaqların dini ayinlərin icrasına cəlb edilməsi əks olunub.
Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanuna əsasən, Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilib.
Bu qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.
Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır. musavat.com