SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlBakıda siqaret kötüyünü yerə atanlar cərimələnəcək
13 Mart 2023 17:30 | Baxış sayı: 454
AJMEDİA.İNFO trend-ə istinadən xəbər verir ki, polis əməkdaşları bu prosesə nəzarəti gücləndirib.
Küçədə siqaret çəkib kötüyünü zibil qabından kənar yerə atan şəxs barəsində 50 manat cərimə tətbiq edilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin verdiyi məlumata görə, bu məsələ qanunvericilikdə nəzərdə tutulub:
"Azərbaycanda "Tütün və ya tütün məmulatı haqqında" Qanuna əsasən, küçəyə siqaret kötüyü atmaq inzibati məsuliyyət yaradır. Küçəyə siqaret kötüyü atan şəxs buna görə 50 manat cərimə edilir. Bu məsələ İnzibati Xətalar Məcəlləsində də öz əksini tapıb".