SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlBakıda "qoçu" sürücü xanımın yolunu kəsib küt alətlə ona HÜCUM ETDİ - VİDEO
24 May 2024 08:23 | Baxış sayı: 458
Bakıda taksi sürücü qadın sürücüyə qorxulu anlar yaşadıb. Həmin anlar xanım sürücünün nəqliyyat vasitəsində olan videoqeydiyyatçı tərəfindən lentə alınıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə videogörüntülər Oxu.Az-ın redaksiyasına göndərilib. Videogörüntülərdən aydın olur ki, hadisə mayın 23-də saat 11:36-da Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib.
Belə ki, üzərində taksi nişanı olan nəqliyyat vasitəsinin sürücüsü idarə etdiyi "Opel" markalı 99-UP-654 dövlət nömrə nişanlı avtomobili ilə xanım sürücünün qarşısını kəsib. Daha sonra əlində dəyənəklə nəqliyyat vasitəsindən düşərək xanım sürücünün avtomobilinə doğru hücum çəkib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Məlum hadisənin daha ətraflı təfərrüatını öyrənmək məqsədilə videogörüntü ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu göndərilib.