SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlBakıda QƏZA: Ölən və yaralananlar VAR
16 May 2024 06:44 | Baxış sayı: 541
Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yol-nəqliyyat hadisəsi olub, bir nəfər ölüb, iki nəfər yaralanıb.
AJMEDİA.İNFO-nun report-a istinadən məlumatına görə, Məmmədov Piruz İsa oğlu gecə saatlarında idarə etdiyi "Mercedens Benz C 320" markalı avtomobillə sözügedən ünvanda hərəkətdə olarkən idarə etməni itirib və yol kənarında yerləşən fərdi yaşayış evinin daş hasarına çırpılıb.
Nəticədə sərnişin Həsənov Tofiq Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü Məmmədov Piruz İsa oğlu da daxil olmaqla avtomobildə olan digər sərnişinlər Piriyev Orxan Fariz oğlu və Aslanov Allahverdi Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb.