SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBakıda QANDONDURAN CİNAYƏT: Günlərlə amansız hərəkətlər etdiyi bacısını QƏTLƏ YETİRDİ - VİDEO
28 May 2024 13:54 | Baxış sayı: 528
2023-cü il avqustun 2-də Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Azər Əfəndiyev Binəqədi Rayon Polis İdarəsinə gələrək bacısı 58 yaşlı Məlahət Əfəndiyevanı öldürdüyünü bildirib.
AJMEDİA.İNFO xəbər verir ki, məhkəmə-tibbi ekspertizasının rəyinə əsəsən, Məlahət Əfəndiyevanın ölümünə beyinə qansızma səbəb olub.
İstintaqla müəyyən edilib ki, Azər Əfəndiyev may və iyul aylarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisələr zamanı mütəmadi bacısı Məlahət Əfəndiyevaya yumruq və təpiklə zərbələr endirərək ona ağır dərəcəli bədən xəsarətləri yetirib.
Bundan başqa, onun bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürüb. Mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə zərərçəkmişə işgəncə verib.
Növbəti dəfə, avqustun 2-si saat 13:00 radələrində stulda oturmuş Məlahət Əfəndiyevaya yaxınlaşaraq başının sol nahiyəsinə yumruqla ardıcıl, güclü zərbələr endirib. Aldığı zərbələrdən sonra qadın döşəməyə yıxılaraq başı qaz sobasının kənarındakı kafelə dəyib. Bu hərəkəti ilə Azər Əfəndiyev zərərçəkmişi qəsdən həyatdan məhrum edib.
Məhkəmə iclasında Azər Əfəndiyev ittiham üzrə özünü qismən təqsirli bilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Əfəndiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.
Daha ətraflı video-materialda: