Turizm Agentliyi xarici jurnalistləri Azərbaycana gətirəcək – 1,8 milyon pul ayrılıb
6 saat əvvəlBakıda qadını şəkilləri ilə şantaj etdi, SAXLANILDI
20 Mart 2025 17:35 | Baxış sayı: 467
Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb.
AJMEDİA.İNFO-ya bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Paytaxt sakini olan 19 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İlkin Əlibəyli müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.