İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlBakıda qadın sürücünün törətdiyi inanılmaz qəza və dəhşətli görüntülər - VİDEO
23 İyun 2023 14:27 | Baxış sayı: 966
Ötən gecə paytaxtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Videoda BMW markalı avtomobilin moped və bir neçə maşına çırpılması ilə nəticələnən qəza yerindən görüntülər əks olunub.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Baku.ws-ə bildirib ki, dünən gecə saat 03 radələrində 38 yaşlı Bakı şəhər sakini Babayeva Yeganə Elçin qızı, idarə etdiyi BMW markalı 10-DM-011 nömrə nişanlı avtomobili ilə 28 yaşlı Sabirabad rayon sakini Məmmədov Kamran Əlisəfa oğlunu vurub.
“Sürücü daha sonra maşını yol kənarında dayanan digər avtomobilə də çırpıb. Ə.Səmədov moped sürücüsü olub və şəxs hadisə yerində dünyasını dəyişib. Hazırda faktla bağlı Nəsimi rayonu polis idarəsində araşdırma aparılır. Hadisə Ceyhun Hacıbəyli küçəsində baş verib. İlkin məlumatlara görə, hadisədə təqsirkar BMW sürücüsü olan xanımdır”, - deyə Araz Əsgərli bildirib.
Sözügedən görüntüləri təqdim edirik:
oxu.az