20 Aprel 2025
Bakıda qadın sirkə turşusu içib öldü

Bakıda qadın sirkə turşusu içib öldü

Bakıda qadın sirkə turşusu içib öldü

30 İyul 2024 17:52 | Baxış sayı: 438

Bakıda qadın sirkə turşusundan zəhərlənərək ölüb.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. iyulun 25-də 68 yaşlı Z. Bayramova bilmədən sirkə turşusu içib.

O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, qadın iyulun 29-da orada ölüb.

Faktla bağlı araşdırma aparılır.//Moderator.az