20 Aprel 2025
Bakıda qadın restorandan 13 min manat pul və qızıl oğurladı

Bakıda qadın restorandan 13 min manat pul və qızıl oğurladı

Bakıda qadın restorandan 13 min manat pul və qızıl oğurladı

06 Avqust 2024 12:16 | Baxış sayı: 350

Bakıda restorandan 13 min manat oğurlanıb.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 29-da paytaxtın Səbail rayonu ərazisində yerləşən restoranların birindən içərisində 12750 manat və qızıl qolbaq olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub:
"Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Vəfa Bəylərova müəyyən olunaraq saxlanılıb".

Faktla bağlı araşdırma aparılır.