SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBakıda polis maşını "protiv" sürən bu sürücünü axtarır - VİDEO
26 Aprel 2023 07:38 | Baxış sayı: 541
Bakıda daha bir sürücü maşını əks istiqamətdə sürərək təhlükəli vəziyyət yaradıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Yolu "protiv" keçən sürücü digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atıb.
Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, sözügedən fakt araşdırılır.
"Burada inzibati xətalar məcəlləsinin 327.4 maddəsi ilə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə görə 100 manat məbləğində cərimə nəzərdə tutulub".
Sözügedən görüntüləri təqdim edirik: