SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlBakıda piyadanı maşınla vuraraq öldürən MƏMUR KİMDİR? - FOTO
13 Yanvar 2025 12:11 | Baxış sayı: 396
Bakıda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan Nail Abdullayev vəzifəli şəxs imiş.
AJMEDİA.İNFO Musavat.com-a istinadən xəbər verir ki, qəzanı törədən Nail Abdullayev “Azəriqaz” İstehsalat Birliyində baş direktorun müşaviridir.
Xatırladaq ki, hadisə Sabunçu körpüsünün yaxınlığında, H.Əliyev prospekti ilə Hava limanı istiqamətində baş verib. 1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı, 77 YD 054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini vurub.Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, qəza prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb.