SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlBakıda müğənni qadın qətlə yetirildi - Saxlanılan var + FOTO
16 Oktyabr 2023 12:10 | Baxış sayı: 874
Oktyabrın 16-da 1985 təvəllüdlü Yaqut Həşimovanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, araşdırma zamanı 1984-cü il təvəllüdlü Anar Həşimovun Nizami rayonu, Şərifli küçəsində birgə yaşadıqları mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Anar Həşimov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
15.10
Bakıda qətlə yetirilən Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş.
AJMEDİA.İNFO xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, o, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.
Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.
Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov Y.Nərimanın başını kəsərək küçəyə atıb.
A.Həşimov daha sonra polisə gedərək könüllü təslim olub.