08 Fevral 2025
Bakıda məşhur şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı - FOTO

Bakıda məşhur şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı - FOTO

Bakıda məşhur şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı - FOTO

16 Yanvar 2025 17:18 | Baxış sayı: 307

Bakıdakı şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, paytaxtın Sabunçu rayonu, Sülh küçəsi, ev 4D ünvanında fəaliyyət göstərən "Bəyaz" şadlıq sarayında yoxlama aparılıb.

Müəssisədə yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ tələblərin pozulması faktları müəyyən edilib. Qida təhlükəsizliyi reyestrindən çıxarışı olmadan fəaliyyət göstərən müəssisədə aşkar saxtalaşdırma əlamətləri olan 62 ədəd hər biri 700 ml "Organic" əmtəə nişanlı premium araqlarının satışının həyata keçirildiyi məlum olub. Həmin məhsulların üzərində qanunvericiliyə uyğun olaraq tam, dolğun şəkildə markalanma aparılmayıb.

Uyğunsuzluq aşkarlanan məhsullardan nümunələr götürülüb, sınaqların aparılması məqsədi ilə laboratoriyaya təqdim edilib. Agentliyin əməkdaşları saxta, istifadəyə yararsız məhsulların satışının qarşısını alaraq dövriyyədən çıxarıb.

Faktla bağlı müvafiq tədbirlər görülüb, araşdırmalar davam etdirilir.