SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlBakıda məmur olmaq istəyən qadının BAŞINA OYUN AÇDILAR - TƏFƏRRÜAT
18 Aprel 2024 14:00 | Baxış sayı: 480
Bakıda qadına qarşı dələduzluq edilib.
AJMEDİA.İNFO xəbər verir ki, paytaxt sakini olan bir qadının 20 min manatının etibardan sui-istifadə etməklə ələ keçirildiyi barədə polisə məlumat daxil olub. Zərərçəkən ifadəsində təxminən 1 il bundan öncə Anar adlı şəxsə 20 min manat manat verdiyini amma qarşılığında Anarın söz verdiyi kimi dövlət orqanlarından birinə şöbə müdiri kimi işə düzəlmədiyini bildirib.
Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qadının etibarından sui-istifadə edərək pulunu ələ keçirən Bakı şəhər sakini 45 yaşlı Anar Tahirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.