20 Aprel 2025
Bakıda külli miqdarda dələduzluq edənlər TUTULDU

Bakıda külli miqdarda dələduzluq edənlər TUTULDU

Bakıda külli miqdarda dələduzluq edənlər TUTULDU

20 Sentyabr 2024 17:38 | Baxış sayı: 554

Bakıda dələduzluq edənlər saxlanılıb.



Daxili İşlər Nazirliyindən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayon sakini olan bir nəfərin 12.000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 40 yaşlı F.Qəhrəmanov ələ keçirilib.


Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Bakı şəhər sakini olan bir nəfərin 9000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 41 yaşlı qadın tutulub.


Faktlarla bağlı araşdırma aparılır.