İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlBakıda keçiriləcək “Formula 1”in biletləri satışa çıxarılıb – 13 175 manat...
02 Yanvar 2025 15:27 | Baxış sayı: 1061
Məlum olduğu kimi, “Formula 1” üzrə 2025-ci il dünya çempionatının Azərbaycan Qran-Prisi sentyabrın 19-21-i tarixlərində paytaxt Bakıda baş tutacaq.
AJMEDIA.INFO xəbər verir ki, sayca 9-cu dəfə Bakının ev sahibliyi edəcəyi yarışın biletləri satışa çıxarılıb.
"Formula 1" Azərbaycan Qran-Prisində ən ucuz biletin qiyməti 1 528 manat, ən bahalı biletin qiyməti isə 13 175 manat təşkil edir.
Qeyd edək ki, “Formula 1”in “Paddok Klub” adlandırılan ərazisi üçün satılan biletin qiyməti 8 925 - 13 175 manat arasında dəyişir. Bu bileti alanlar “Paddok Klub” ərazisində 3 gün müddətində pulsuz qidalanma ilə təmin olunur.//Yeniavaz.com