SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBakıda kanalizasiya daşdı, evlər SU ALTINDA QALDI - VİDEO
08 May 2024 07:58 | Baxış sayı: 468
Dünən yağan güclü yağış nəticəsində paytaxtın bir neçə ərazisini su basıb.
AJMEDİA.İNFO-nun “İTV Xəbər”ə istinadən məlumatına görə, buna səbəb Biləcəri qəsəbəsində yağış və kanalizasiya sularının daşmasıdır.
Evləri su altında qalan sakinlər bildirir ki, aidiyyəti qurumlar zənglərə cavab vermir, şikayətlərlə maraqlanmırlar:
“Bir gündə on dəfə zəng etmişəm. Cavab verən yoxdur” .
Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov deyib ki, narahatlığa heç bir əsas yoxdur:
“Yağış intensiv yağdığından nasoslar çatdırmırdı. Hazırda nasoslar tam gücü ilə işləyir”.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə qeyd edib ki, mövcud kanalizasiya infrastrukturu həm yağış, həm də tullantı sularını eyni anda daşımaq gücündə deyil.
Ətraflı videomaterialda: