20 Aprel 2025
Bakıda idmançı buna görə dənizdə batıb - Həyat yoldaşı...

Bakıda idmançı buna görə dənizdə batıb - Həyat yoldaşı...

Bakıda idmançı buna görə dənizdə batıb - Həyat yoldaşı...

11 İyun 2024 09:10 | Baxış sayı: 442

Bakıda dənizdə batan idmançı Mikayıl Mirzəyevin ölümü ilə bağlı təfərrüatlar məlum olub.

AJMEDİA.İNFO xəbər verir ki, sualtı idman növü ilə məşğul olan M. Mirzəyev həmin gün Bakının Pirallahı rayonunun Dübəndi kəndi ərazisindəki neft terminalının yaxınlığında nəzarətsiz əraziyə balıq tutmaq məqsədi ilə gedibmiş.

O, hadisə yerində tək olmayıb. İdmançının həyat yoldaşı Zemfira İbrahimnova da onunla birlikdə olub. M. Mirzəyev sualtı balıq ovladığı zaman qəfil maneəyə ilişərək dənizin dibinə gedib və boğulub. Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının axtarışları nəticəsində meyit yaxınlıqdakı qayalıqda aşkar edilib.