SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
3 saat əvvəlBakıda futbol klubundan pullar oğurlandı: Qumarda uduzdu, həbs olundu
13 Fevral 2024 15:17 | Baxış sayı: 440
Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Azəri” Futbol Klubunda oğurluq olub.
AJMEDİA.İNFO-nun qaynarinfo-ya istinadən məlumatına görə, hadisə zamanı klubun Əhməd adlı direktorunun İsrafil adlı tanışına məxsus pullar oğurlanıb. Oğurluğu törədən isə direktorun tanışı, 1996-cı ildə Xaçmaz şəhərində anadan olmuş Kərim Zamanov (ad-soyad şərti) adlı şəxs olub.
Belə ki, Xaçmazdan Bakıya avtomobil almaq adı ilə gələn Kərim Zamanov şəhərdə istədiyi maşını tapa bilmədiyindən futbol klubunun istirahət üçün nəzərdə tutulmuş otağında gecələyib. Həmin gün İsrafillə futbol klubunun həyətində olan kafedə yemək yeyiblər. Təxminən saat 4 radələrində kafedə olarkən o, İsrafilin pulunu oğurlamağı düşünüb.
İsrafilə tualetə getdiyini deyərək, əyləşdikləri stoldan qalxıb. Kafedən çıxaraq İsrafilin pulu qoyduğu “Azəri” Futbol Klubunun istirahət üçün nəzərdə tutulmuş otağına gedib və 16 400 manatı götürüb.
Kərim Zamanov oğurladığı pulu 10-15 gün müddətində onlayn “Fast Loto” oyununda uduzub.
Məhkəmənin qərarı ilə Kərim Zamanov Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 1 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.