19 Aprel 2025
Bakıda FACİƏ: İkisi qardaş olmaqla, üç nəfər... - VİDEO

Bakıda FACİƏ: İkisi qardaş olmaqla, üç nəfər... - VİDEO

Bakıda FACİƏ: İkisi qardaş olmaqla, üç nəfər... - VİDEO

12 İyul 2024 06:57 | Baxış sayı: 426

Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə 3 nəfər dənizdə batıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan şəxslərin, 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlu, 2008-ci il təvəllüdlü Aslanov Abid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.