20 Aprel 2025
Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb

Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb

Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb

29 İyul 2024 07:46 | Baxış sayı: 518

Xətai rayonu ərazisində evlərin birindən oğurluq olub.

APA DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən ev sahibəsi oradan 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və dələduzluğa görə məhkum olunmuş Taleh Salmanov müəyyən olunaraq saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Teqlər:
Kriminal