19 Aprel 2025
Bakıda əməliyyat vaxtı atışma - 3 polis qətlə yetirildi

Bakıda əməliyyat vaxtı atışma - 3 polis qətlə yetirildi

Bakıda əməliyyat vaxtı atışma - 3 polis qətlə yetirildi

24 İyun 2024 06:02 | Baxış sayı: 602

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

“Qafqazinfo”nun məlumatına görə, bu haqda Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

O ,polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.