20 Aprel 2025
Bakıda ƏMƏLİYYAT: Saxlanılanlar var

Bakıda ƏMƏLİYYAT: Saxlanılanlar var

Bakıda ƏMƏLİYYAT: Saxlanılanlar var

24 Fevral 2025 21:45 | Baxış sayı: 666

Nəsimi rayonunda 20 kq narkotik dövriyyədən çıxarılıb.


AJMEDİA.İNFO DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Son əməliyyatla əvvəllər məhkum olunmuş 32 yaşlı Ərşad Nağıyev saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkar edilərək götürülüb.


Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və satışını həyata keçirmək niyyətində olduğunu bildirib.


İdarə əməkdaşları tərəfindən cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə əlaqədar ümumilikdə 61 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 20 kiloqram narkotik vasitə və psixotrop maddə götürülüb.


Saxlanılanlardan 15-nin rayon ərazisindəki ayrı-ayrı yerlərdə narkotiklərin satışını təşkil etdikləri də müəyyən edilib.


Faktlarla bağlı araşdırmalar aparılır.


Polis əməkdaşları tərəfindən narkotiklərə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.