20 Aprel 2025
Bakıda DƏHŞƏT: Qardaş qardaşın... - TƏFƏRRÜAT

Bakıda DƏHŞƏT: Qardaş qardaşın... - TƏFƏRRÜAT

Bakıda DƏHŞƏT: Qardaş qardaşın... - TƏFƏRRÜAT

11 Yanvar 2024 06:52 | Baxış sayı: 550

Yanvarın 10-da saat 20 radələrində Bakı şəhəri Pirallahı rayonu ərazisində bir nəfərin odlu silahdan açılmış atəşdən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə AJMEDİA.İNFO-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü İlham Həşimovun yaşadığı evdə sərxoş vəziyyətdə münaqişə zəminində tüfəngdən açdığı atəşlə 1969-cu il təvəllüdlü qardaşının ayaq nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə İ.Həşimov saxlanılıb. Hadisə yerindən qanunsuz saxladığı “Bum” markalı tüfəng götürülüb.

Araşdırma aparılır.