SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBakıda daha bir nəfər spirtli içkidən ÖLDÜ
27 Fevral 2025 11:53 | Baxış sayı: 702
Bakıda daha bir qəbul etdiyi spirtli içkidən zəhərlənərək ölüb.
AJMEDİA.İNFO xəbər verir ki, fevralın 26-sı saat 19 radələrində Səbail rayonu A.İsmayılov küçəsində yaşayan 1970-ci il təvəllüdlü Z.Əliyev spirtli içkidən zəhərlənib. O, yaşadığı evdə vəfat edib.
Z.Əliyevin hansı növ spirtli içki qəbul etdiyi məlum deyil.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, son günlərdə paytaxtın Sabunçu, Suraxanı və Nizami rayonunda 20-yə yaxın şəxs texniki spirtdən zəhərlənərək ölüb. Səbaildə vəfat edən şəxsin də həmin spirtdən qəbul edib-etmədiyi hələlik müəyyənləşməyib.