SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlBakıda bu yoldan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR
26 Noyabr 2024 14:22 | Baxış sayı: 252
Bakının Yasamal rayonu Nazim Hikmət küçəsindən Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış hissələrdə genişləndirmə işləri aparılıb.
AJMEDİA.İNFO bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, genişləndirmə işlərinin aparılmasında məqsəd sözügedən ərazidə nəqliyyat sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.
Layihəyə əsasən hər iki istiqamət üzrə yol 2 hərəkət zolağı enində genişləndirilib, yeni yol yatağı və yol əsası inşa edilib. Ardınca asfaltlanma işləri icra olunub, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün genişlənmiş yolun kənarında piyada səkiləri inşa edilib.