SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBakıda bu küçədə hərəkət məhdudlaşdırılır
30 İyul 2024 12:46 | Baxış sayı: 371
İyulun 31-də saat 09:00-dan etibarən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) xəbər verir.
AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.