20 Aprel 2025
Bakıda bu ərazidə söküntü başladı: Kvadratı 2200-dən - Sakinlər narazıdır - FOTO

Bakıda bu ərazidə söküntü başladı: Kvadratı 2200-dən - Sakinlər narazıdır - FOTO

Bakıda bu ərazidə söküntü başladı: Kvadratı 2200-dən - Sakinlər narazıdır - FOTO

02 Dekabr 2024 15:03 | Baxış sayı: 255

Bakının Yasamal rayonu Abdulla Şaiq küçəsində söküntü işləri aparılır.


AJMEDİA.İNFOxəbər verir ki, artıq ərazidə yerləşən həyət evlərinin bir çoxu sökülüb. Onların yerində hündür mərtəbəli binanın tikilməsi nəzərdə tutulur.


Sakinlərin sözlərinə görə, sökülən evlərin hər kvadrat metri üçün 2200-2500 manat təklif olunub. Razılıq əldə olunan sakinlərin evləri artıq sökülüb.


Bəzi sakinlər isə bu təklifdən narazı qaldıqlarına görə imtina ediblər. Hazırda şirkət və sakinlər arasında danışıqlar aparılır.


Narazı sakinlər aparılan söküntünün onların evlərinə də zərər vurduğundan da şikayətçidirlər.