SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlBakıda azyaşlı qızına amansız işgəncə verən ana həbs edildi
05 Mart 2025 12:43 | Baxış sayı: 480
Bakının Suraxanı rayonunda övladına amanasız işgəncə verən ana həbs edilib.
AJMEDİA.İNFO-nun əldə etdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Fatma Ramazanovanın 2021-ci il təvəllüdlü qızı Mələyə mütəmadi işgəncə verdiyini məlum olub.
Hadisədən xəbər tutan polis əməkdaşları qadını həbs ediblər.
Faktla bağlı cinayət işi başlanıb.
Xatırladaq ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılıb.
Ana Fatimə Ramazanova çəkdiyi və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf edib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyasənən yaydığı məlumatda isə bildirilib ki, anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib.
Qeyd olunub ki, azyaşlının ancaq bir valideyni - anası haqqında məlumat var, atası ilə bağlı hansısa informasiya yoxdur.