Bakıda avtobus QƏZASI - İkisi uşaq olmaqla 7 nəfər... + VİDEO
26 Fevral 2024 12:28 | Baxış sayı: 481
Bakıda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Bildirilib ki, hadisə Hökməli qəsəbəsindən Sulutəpə istiqamətinə gedən yolda qeydə alınıb. Bu zaman 156 saylı marşrut xətti üzrə hərəkət edən avtobus qəzaya düşüb. Nəticədə 2-si uşaq olmaqla, ümumilikdə 7 nəfər xəsarət alıb.
Hadisə yerindən görüntüləri təqdim edirik: