SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlBakıda ailə FACİƏSİ: Ana, qızı və nəvəsi öldü - DETALLAR
19 Mart 2025 11:24 | Baxış sayı: 422
Dünən günorta saatlarında Bakı şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsində güclü yanğın olub.
AJMEDİA.İNFO qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində qəsəbə sakini 1950-ci il təvəllüdlü Sevil Ağaəli qızı Səlimovanın ümumi sahəsi 85 kvadrat metr olan evi tamamilə yanıb.
Hadisədən sonra evdən 3 nəfərin yanmış meyiti tapılıb.
Aparılan ilkin araşdırmalarla yanaraq vəfat edən şəxslərin ev sahibi S.Səlimova, onun qızı 1980-ci il təvəllüdlü Nailə və nəvəsi 2013-cü il təvəllüdlü Hüseyn olması müəyyənləşib.
Faktla bağlı araşdırmalar aparılır.