SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlBakıda 75 yaşlı qadın evində döyülüb, soyğunçuluq edilib
23 İyul 2024 06:25 | Baxış sayı: 399
Nizami rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.
APA DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən 75 yaşlı qadın yaşadığı evin dəhlizində naməlum şəxsin ona zor tətbiq edərək qızıl boyunbağısını talamasını bildirib.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı Adil Behbudov müəyyən olunaraq saxlanılıb.
Ondan marixuana aşkar olunaraq götürülüb.