İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlBakıda 51 yaşlı kişi qətlə yetirildi
04 Avqust 2024 06:40 | Baxış sayı: 371
Bu gün paytaxtın Nərimanov rayonu ərazisində evlərin birində 1973-cü təvəllüdlü Qasımov Ülvi Qeys oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Axar.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Muxtarov Hikmət Oktay oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.