SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlBakı yəhudiləri köhnə yəhudi qəbiristanlığında təmizlik işləri aparırlar
27 İyul 2023 18:21 | Baxış sayı: 816
STMEGI Fondu və Dağ Yəhudiləri Tarixi Muzeyinin himayəsi altında birləşən, Azərbaycanın hər üç yəhudi icmaları, Dağ Yəhudiləri, Avropa və Gürcü Yəhudiləri İcmaları köhnə Bakı Yəhudi qəbiristanlığının ərazisini təmizləmək üçün birgə iş aparırlar.
Təəssüf ki, bu gün bu qəbirlərin görünüşü ümidsizlik oyadır. Onların çoxu tərk edilmiş, alaq otları ilə örtülmüşdür. Hazırda isə qəbirlərarası keçidlər, ümumi istifadədə olan keçidlər dağıntılardan, quru budaqlardan, kolluqlardan təmizlənir.
Yəhudi qəbiristanlığında təmizlik işləri başa çatdıqdan sonra məzarların qaydaya salınması planlaşdırılır.
Bakıdakı köhnə yəhudi qəbiristanlığı 12 hektar ərazisi olan tarixi abidədir və orada 40-50 minə yaxın məzar var.
Mənbə: stmegi.com