SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlBakı və İrəvan bir-birilə razılığa gələ bilər
30 Mart 2023 16:10 | Baxış sayı: 500
“Bakı və İrəvan bir-birilə razılığa gələ bilər və bu məqsədlə onlar üçün şərait yaradılmalıdır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “News.Ru”nun jurnalistinin sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionunda destruktiv mövqe nümayiş etdirir: “Aydındır ki, Brüssel Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında və mövqelərinin yaxınlaşmasında maraqlı deyil. Əksinə, Aİ Bakı ilə İrəvan arasında ziddiyyətləri dərinləşdirir”.