SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBakı Şəhər İcra Hakimiyyətindən dövlət və özəl müəssisələrə ÇAĞIRIŞ
07 Mart 2024 06:38 | Baxış sayı: 488
Yaz mövsümünün başlanması və Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 9-da paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməciliyi keçiriləcək.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.
BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırıb.