SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlBakı sakinlərinin NƏZƏRİNƏ! - Saat 12-dən etibarən...
18 İyul 2024 09:01 | Baxış sayı: 397
Bu gündən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Bu dəfə zəif geomaqnit qasırğası hökm sürəcək.
AJMEDİA.İNFO xəbər verir ki, zəif geomaqnit qasırğası bu gün saat 12:00-dan etibarən hiss edilməyə başlayacaq, axşama doğru 18:00 aralıqlarınadək davam edəcək. Saat 15-00-da isə az geomaqnit qasırğası baş verəcək.
Məlumata görə, sabah yəni saat 18:00 və 21-00 aralığında zəif geomaqnit qasırğası müşahidə ediləcək.
20 iyul tarixində isə bütün günü zəif geomaqnit qasırğası hökm sürəcək.
İyulun 21-də isə zəif geomaqnit qasırğası saat 15-00-a qədər davam edəcək. Bundan sonra 24 iyul tarixinə qədər zəif geomaqnit qasırğası gözlənilmir.
Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.