SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlBakı “Qisas-3” əməliyyatına hazırlaşır - Erməniləri qorxuya salan VİDEO
03 İyul 2023 07:30 | Baxış sayı: 496
Azərbaycan Dövlət Televiziyasının hazırladığı süjet erməniləri qorxuya salıb.
AJMEDİA.İNFO xəbər verir ki, ermənilər Azərbaycanın “Qisas-3” əməliyyatlarına başlayacağından qorxurlar.
Bu barədə erməni şərhçi Tatevik Hayrapetyan AzTv-nin sujetini əsas götürərək, “Bakı Qarabağda “Qisas-3” əməliyyatına hazırlaşır” iddiasını işlədib.
Təbii ki, əgər qanunsuz silahlı birləşmələr Azərbaycan ərazisindən çıxarılmazsa və ermənilərin təxribatları davam edərsə “Qisas-2” əməliyyatının davamı olacaq.
Hər şey ermənilərin özlərini necə aparmalarına bağlıdır. Azərbaycan hazırda sülh danışıqları aparır və sülhün tərəfindədir. Lakin ermənilərin təxribatları baş verdiyi təqdirdə bunun da layiqli cavabını verməkdən çəkinmirik.