SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlBakı metropoliteninin iş rejimi gücləndiriləcək - Bu tarixdə...
23 Oktyabr 2024 15:52 | Baxış sayı: 264
Sabah "Bakı Metropoliteni" QSC-nin “Gənclik” stansiyası oyun ərəfəsində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
AJMEDİA.İNFO xəbər verir ki, bu, “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi qarşılaşma ilə əlaqədardır.
Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasına əlavə işçi qüvvəsi ayrılacaq.
“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.
Oyun başa çatdıqdan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.