SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBakı Dövlət Universitetinin professoru VEFAT ETDİ - FOTO
26 Fevral 2025 13:20 | Baxış sayı: 732
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin professoru Hidayət Hüseynov vəfat edib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, H.Hüseynov 74 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Hidayət Hüseynov 1951-ci il yanvarın 20-də anadan olub. 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1973-1976-cı illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda aspirant olub. 1976-1990-cı illərdə Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi və baş elmi işçi vəzifələrində çalışıb. 1990-cı ildən indiyədək BDU-nun Tətbiqi riyaziyyat kafedrasında işləyib.