20 Aprel 2025
Bakı bulvarında QADAĞA: Bu gündən... - AÇIQLAMA

Bakı bulvarında QADAĞA: Bu gündən... - AÇIQLAMA

Bakı bulvarında QADAĞA: Bu gündən... - AÇIQLAMA

12 İyul 2024 11:36 | Baxış sayı: 380

Bakıda Dənizkənarı Bulvar ərazisində skuterlərin istifadəsi qadağan edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Qafqazinfo”ya nəqliyyat sahəsində ekspert Aslan Əsədov məlumat verib.

Onun sözlərinə görə bulvar ərazisində fəaliyyət göstərən skuterlərlə bağlı qeyri-rəsmi qadağa bu gündən etibarən tətbiq olunur: “Bu məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi tərəfindən rəsmi açıqlama verilmir. Amma bildiyimizə görə, bulvarda fəaliyyət göstərən sahibkarların arendaları ləğv olunub. Yalnız bulvara aid olmayan kənar ərazilərdə skuter sürmək olar”.

Ekspert həmçinin əlavə edib ki, oxşar hal əvvəllər də yaşanıb. Bundan əvvəlki illərdə də bir neçə dəfə bulvar ərazisində skuterlərin hərəkətinə mədudiyyət qoyulub.

Əldə edilən digər məlumata görə, bulvarda skuterlərin qadağan olunması qərarı həmin ərazidə fəaliyyət göstərən operatorlar tərəfindən verilib.