SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlBakı bulvarında görüntülənən nədir? - VİDEO
11 Noyabr 2024 11:38 | Baxış sayı: 272
Bu gün səhər saatlarında Xəzərin sahilində balinaya bənzər canlının tapılması ilə bağlı iddialar yayılıb.
AJMEDİA.İNFO xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan qeyri-dəqiq məlumatlarda onun kaşalot olması bildirilib.
Amma sözügedən nəhəng növün Xəzərin Bakı sahilində tapılması real görünmür. Bu, sadəcə olaraq COP29-un açılış günündə həyata keçirilən bir layihədir.
Məsələ ilə bağlı hələ ki, rəsmi məlumat verilməsə də, bununla sualtı aləmin problemlərinə, nəsli kəsilməkdə olan balıq növlərinə diqqət çəkildiyini demək mümkündür.
Qeyd edək ki, sözügedən layihə iqlim dəyişikliklərinə diqqət çəkmək üçün “Captain Boomer” əsəridir. Bu maket dünyanın bir çox şəhərlərində zaman-zaman sərgilənir.