SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBakı aeroportu itirilmiş əşyaları satışa çıxarıb? - RƏSMİ CAVAB
11 Noyabr 2024 17:25 | Baxış sayı: 229
Sosial şəbəkələrdə Bakı aeroportunun itirilmiş əşyaları satışa çıxarmasına dair məlumatlar yayılıb.
AJMEDİA.İNFO-nun məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son günlər hava limanı adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yerləşdirilir və vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir:
"Bildiririk ki, bu tip məlumatlar tamamilə saxtadır və Bakı hava limanı ilə heç bir əlaqəsi yoxdur.
Vətəndaşlarımızı diqqətli olmağa çağırır, məlumatları yalnız rəsmi mənbələrdən, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi airport.az saytından, sosial şəbəkə hesablarından izləməyi tövsiyə edirik.
Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir".