19 Aprel 2025
"Azərişığ"ın əməkdaşı faciəvi şəkildə ÖLDÜ

"Azərişığ"ın əməkdaşı faciəvi şəkildə ÖLDÜ

"Azərişığ"ın əməkdaşı faciəvi şəkildə ÖLDÜ

24 Oktyabr 2024 11:29 | Baxış sayı: 283

Qaradağ rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.


AJMEDİA.İNFO qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 17 radələrində Qobustan qəsəbəsi ərazisində yerləşən "ANT" sement zavodunda "Azərişıq" ASC-nin işçisini cərəyan vurub.


Belə ki, 1996-cı il təvəllüdlü Ramazan Fərhat oğlu Məmmədli zavod ərazisində iş görərkən onu elektrik cərəyanı vurub.


ASC əməkdaşı hadisə yerində ölüb.


Hazırda faktla bağlı araşdırma aparılır.