SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlAzərbaycanlı tələbə qız qrup yoldaşını bıçaqladı - SƏBƏB
19 May 2023 05:21 | Baxış sayı: 530
Dağıstanda azərbaycanlı tələbə qız siqaretlə fotoya görə tələbə yoldaşını bıçaqlayıb.
Lent.az xəbər verir ki, gənclər Azərbaycandan Dağıstana Pedaqoji Universitetin bədən tərbiyəsi fakültəsində təhsil almaq üçün gəliblər. Eyni yataqxanada yaşayan tələbələr uzun müddət dost kimi ünsiyyətdə olublar.
Azərbaycanlı tələbə mobil telefonla ağzında siqaret olan həmyerlisinin şəklini çəkib. Daha sonra siqaret çəkən qız valideynlərinin onun pis vərdişindən xəbər tutacağından qorxaraq tələbə yoldaşından şəkli silməsini istəyib.
Fotonun hələ də mövcud olduğunu bilən tələbə əsəbiləşərək yoldaşını qarnından bıçaqlayıb. Nəticədə zərərçəkmiş xəstəxanaya yerləşdirilib, hücum edən şəxs isə saxlanılıb.